Xarici maraqlı qüvvələrin təsiri altında olan və fəaliyyətinə "demokratiya" donu geyindirməklə özünü "hüquq müdafiəçisi" adlandıran Leyla Yunus bu gün həm xaricdə, həm də daxildə müstəqil Azərbaycan əleyhinə fəaliyyət göstərən fərd və təşkilatları ətrafında toplayaraq ölkəmizə qarşı açıq-aşkar düşmən mövqeyində çıxış edir. Hər kəsə məlum olan erməni qohumluğu, artıq onu bu xalqa o qədər doğmalaşdırıb ki, o da özünü "erməni" hesab edir desək, yəqin ki, yanılmarıq.
Leyla Yunusun hər vəchlə Azərbaycan dövləti və hakimiyyəti haqqında şər-böhtan yayması məhz bu səbəblərdən qaynaqlanır. Xüsusilə də, Bakıda keçirilən ATƏT PA-nın sessiyasında L.Yunusun qaldırdığı hay-küy, yaratdığı şoular onun müəyyən qüvvələrdən mühüm sifarişlər aldığını bir daha təsdiqləyir.
"Yurddaş" Partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirib ki, L.Yunusu şər-böhtan səsləndirməyə məcbur edən qüvvələr sırasında dağıdıcı müxalifətin təmsilciləri olan Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də var. Bu şəxslər cəmiyyətdə ifşa olunduqlarından ümidlərini Leyla Yunusa bağlayıblar: "Leyla Yunus Azərbaycan haqqında reallığı özündə əks etdirməyən informasiyalar yayır.Həmin yalan informasiyalrdan Azərbaycanın əldə etdiyi uğurlara qısqançlıq hiss ilə yanaşan bir sıra xaricdə olan siyasi dairələr öz məqsədləri üçün istifadə edirlər. Leyla Yunus bu cür yersiz hərəkətlər etməklə Azərbaycanı sevməyən həmin xarici qüvvələrdən qrant almaq istəyir. Bir sözlə, Leyla Yunus kimi şəxslər adaxili və xarici qüvvələrin sifarişlərini yerinə yetirməklə varlanmaq istəyir".
"Niyə bu şəxs məhz hansısa bir xarici maraqlı qüvvələrin sifarişlərini yerinə yetirməyə daha çox maraq göstərir" sualına cavab olaraq partiya sədri bildirdi ki, bu gün bu kimi şəxslərin məhz bəzi xarici qüvvələrin sifarişlərini yerinə yetirməyə maraq göstərməsinin səbəbi maliyyə yardımları almaqla bağlıdır. Demək olar ki, bu cür fəaliyyət bu kimi şəxslər üçün əsas gəlir mənbəyidir. Təbii ki, onlar tərəfindən atılan bu cür yersiz hərəkətlərin qarşısı alınmalıdır.
"Əli Kərimlinin, İsa Qəmbərin, Leyla Yunusun və bu kimi digər şəxslərin Azərbaycan dövlətinə, xalqına qarşı olan kin-küdurəti və qisasçılıq mövqeyinin səbəbi nə ilə bağlıdır" sualına gəlincə Mais Səfərli bildirdi ki, Azərbaycan dövlətinin gündən-günə inkişaf etməsi həmin şəxsləri və onların havadarlarını ciddi narahat edir. Yəni müxalifət düşərgəsini təmsil edən partiya rəhbərləri çox gözəl başa düşürlər ki, onlar Prezident İlham Əliyevlə yarışa bilməzlər: "Bu reallığı da ölkdə keçirilən seçkilər də sübut edir. Müxalifət artıq uzun illərdi ki, ölkədə keçirilən bütün seçkilərdə iştirak etsələr də cüzi belə uğur əldə edə bilməyiblər. Bu da bir daha onu göstərir ki, xalqın müxalifətə heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda da həmin müxalifət təmsilçiləri də Azərbaycan dövlətinə və xalqına qarşı paxıllıq hissi ilə yanaşır. Ancaq müxalifət təmsilçilərinin nə etməsindən asılı olmayaraq heç vaxt ölkəmizin beynəlxalq aləmdə nüfuzuna xələl gətirə bilməzlər. Çünki Azərbaycan dövləti dünyada öz sözünü demiş bir ölkədir. Yəni Azərbaycan dünya dövlətləri arasında öz hörmətini kifayət qədər qazanıb. Təbii ki, Azərbaycanın dünya ölkələri arasında hörmət qazanmasının əsas səbəbi də bu günə qədər Prezident İlham Əliyev tərəfindən aparılan uğulu, məqsədyönlü siyasətdir".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB