"28 May" metro stansiyasının təmirə bağlanan girişi nə vaxt açılacaq?

"28 May" metro stansiyasının təmirə bağlanan girişi nə vaxt açılacaq?

" "28 May" metro stansiyasının təmirə bağlanan girişinin istifadəyə verilməsi bir neçə texniki məsələnin həllindən sonra mümkün olacaq. Belə ki, hazırda orada yeni eskalatorlar və elektron avadanlıqlar quraşdırılıb. Bütün işlər tam yekunlaşandan stansiya əhalinin istifadəsinə veriləcək". SİA-nın xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, yeni avadanlıqların idarə edilməsində yerli mütəxəssislərə fransalı həmkarları yardım edəcək: "Metro stansiyanın yenidən qurulmasında əməkdaşlıq etdiyimiz Fransa şirkətləri ilə "Bakı Metropoliteni" QSC-nin anlaşma memorandumunda da kadr potensialının gücləndirilməsi nəzərdə tutulub. Biz metro üçün avadanlıqları həmin şirkətlərdən alırıq. Onların mütəxəssisləri burada bizim mütəxəssislərlə birgə avadanlıqları quraşdıracaqlar. Eyni zamanda "Bakı Metropoliteni" QSC-nin işçiləri həmin şirkətlərə ezam olunacaq, müəyyən kurs keçəcəklər. Tezliklə Bakıda bu məqsədlə təlim mərkəzi yaradılacaq. Artıq məsələ ilə bağlı QSC-nin rəhbərliyi qərar verib. Burada əməkdaşlar yeni avadanlıqların öyrənilməsi ilə bağlı mütəmadi təlimlər keçəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə