Sabah Azərbaycanın bəzi ərazilərdə havanın temperaturu 37 dərəcəyə yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq. Bakı və Abşeron yarımadasının çimərliklərində suyun temperaturu 22-24 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi qərb rayonlarında qısamüddətli yağış yağacaq, şimşək çaxacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 22-27 dərəcə isti olacaq.
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda günorta saatlarında temperaturun 35 dərəcəyədək yüksələcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB