Erməni deputatları Bakıya gəlmək istəyirlər

Erməni deputatları Bakıya gəlmək istəyirlər

Ermənistan parlamentinin deputatları NATO-nun Bakıda keçiriləcək "Rose Roth" seminarında iştirak etmək niyyətində olduqlarını açıqlayıblar. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətindən Korün Naqapetyan açıqlama verib.

Naqapetyan vurğulayıb ki, təhlükəsizlik təminatı veriləcəyi təqdirdə, Ermənistan parlamentinin nümayəndə heyəti Bakıya səfər etməyə hazırdır.

O həmçinin gələn ilki seminarın Ermənistanda keçirilməsi ilə bağlı təşəbbüs irəli sürdüklərini də dilə gətirib.

Xatırladaq ki, "Rose Roth" seminarı iyun ayında Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə