Mayın 27-də Erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməsi nəticəsində şəhid olan Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu Bakı şəhəri ikinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb. SİA-nın məlumatına görə, dəfn mərasimində Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçuları iştirak edib.
Xatırladaq ki, mayın 27-də erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Basqın zamanı iki nəfər ölüb, bir nəfər isə yaralanıb.
Ötən gün gizirimiz Sumqayıtda dəfn edilib.
Basqın zamanı ağır yaralanan əsgərimiz isə Mirzəzadə Mehman Dadaşbala oğlu yaxınlıqdakı hərbi hospitala yerləşdirilib. Əsgərin vəziyyətində dəyişiklik yoxdur.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB