Prokuror olmaq istəyənlərin nəzərinə

Prokuror olmaq istəyənlərin nəzərinə

"Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq Baş Prokurorluq tərəfindən elan edilən müsabiqənin növbəti- yazılı imtahan mərhələsi 5 iyunda saat 10:00-dan başlayaraq 4 saat ərzində Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda (ünvan: Bakı şəhəri, A.Sultanova küçəsi, 5) keçiriləcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, namizədlər yalnız "Yazılı imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər.

Yazılı imtahana buraxılan namizədlər 2-3 iyun 2014-cü il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə "Yazılı imtahana buraxılış vərəqəsi"ni və "Yaddaş kitabçası"nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası"nda əks etdirilir.

İmtahanla bağlı ətraflı məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-63-62 və 492-74-32 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə