Gəncənin icra başçısı vətəndaşlarla görüşüb

Gəncənin icra başçısı vətəndaşlarla görüşüb

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev növbəti dəfə vətəndaşlarla görüş keçirib. İcra hakimiyyətindən SİA-ya daxil olan məlumata görə, 100 nəfərədək sakini qəbul edən icra başçısı onların hər birini ayrıca dinləyərək arzu və təklifinə uyğun olaraq müvafiq göstərişlər verib. Qəbula gələnlər əsasən ev təmirinə köməklik göstərilməsi, torpaq sahəsinin ayrılması, işlə təminat və eləcə də qaz və lift təsərrüfatı ilə bağlı müraciətlərdən ibarət olub. Bir qrup şəhid ailəsi, həmçinin Qarabağ müharibəsi əlilləri maddi yardım üçün müraciətlər etmiş və onların istəkləri müsbət həll olunub.

Belə ki, Qarabağ müharibəsi əlilidir Mehman Məmmədov sağlamlığının bərpası üçün sanatoriyaya göndəriş üçün müraciəti müsbət həll olunub. Digər Qarabağ müharibəsi əlili Mahmud Abbasova ticarət obyekti üçün torpaq sahəsinin ayrılmasına göstəriş verilib. Milli Qəhrəmanın oğlu, Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu İ.Əliyev və Gəncə Dövlət Universitetinin məzunu Nigar Həsənli işlə təmin edildilər.

Görüşdə iştirak edən Gəncə şəhər sakinləri qəbulda öz minnətdarlıq hisslərini bölüşüblər. Mariya Abdullayeva, Həvayət Sadıqova, İmran Qasımov və başqaları şəhərdə əhalinin rahatlığı üçün yaradılan şəraitə görə ölkə rəhbərinə, eləcə də şəhər icra hakimiyyəti başçısına minnətdarlıqlarını bildiriblər. Ümumiyyətlə, qəbula gələn vətəndaşların böyük əksəriyyətinin arzu və istəyi yüksək səviyyədə təmin ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə