Britaniyanın nüfuzlu "Daily Express" qəzetində Bakı şəhərinin heyrətamiz gözəlliklərindən bəhs edən "Dubay üzərindən hərəkət edin, budur Bakı gəlir" sərlövhəli məqalə dərc olunub. SİA-nın AzərTac-a istinadən verdiyi xəbərə görə, məqalədə Azərbaycanın sürətli inkişafı və getdikcə gözəlləşən paytaxt Bakı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün Bakı yeni görkəm almaqdadır. Xəzərin sahilində yerləşən şəhər XIX əsrin yadigarı olan tikililəri və müasir üslubda inşa edilib memarlıq nümunələrini özündə birləşdirir. Paytaxt sakinlərinin və turistlərin istirahəti üçün hər cür şəraitin yaradıldığı şəhərə yeni tikilmiş möhtəşəm otellər, müasir incəsənətin rəmzi sayılan "Alov qüllələri" kompleksi və digər çoxmərtəbəli binalar xüsusi gözəllik verir. Paytaxtın tarixi ipək yolunun üzərində yerləşdiyi diqqətə çatdırılır.
Müəllif qeyd edir ki, Azərbaycan geoloji təbiətinə görə "Odlar Yurdu" adlandırılır.
Yazıda bildirilib ki, Azərbaycan neft və təbii qaz ehtiyatlarına görə dünyada strateji əhəmiyyətə malik ölkələrdəndir. İndi isə Azərbaycan mədəniyyət və incəsənət sahəsində dünyada əsas söz sahibi olmaq niyyətindədir.
Müəllif Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər tarixi memarlıq kompleksinin dünyada misilsiz abidələrdən sayıldığını, Şirvanşahlar Sarayı Kompleksinin tarixi əhəmiyyətini oxucuların diqqətinə çatdırıb.
Bundan başqa, yazıda, "Atəşgah", "Yanardağ" və başqa tarixi abidələrimiz haqqında ətraflı məlumat verilib.
Müəllif, həmçinin Azərbaycan milli mətbəxinin özünəməxsus üstünlüklərinə toxunub.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://www.express.co.uk/travel/activity/473872/Move-over-Dubai-here-comes-Baku
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB