Jurnalistlər "Davamlı insan inkişafı" istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak edirlər
Azərbaycanın aparıcı qəzet və televiziyalarını təmsil edən 30-dan artıq jurnaslist Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Mətbuat Şurası, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu tərəfindən təşkil edilən "Davamlı insan inkişafı" istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak edirlər. SİA-nın məlumatına görə, kursun açılış mərasimində çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirakçılara kursun məqsədi barədə məlumat verib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru, professor AMEA-nın müxbir üzvü Əli Nuriyev "Azərbaycanda davamlı insane inkişafı prespektivləri" mövzusunda mühazirə oxuyub.
Sonda "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə "Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlət siyasətinin KİV-də işıqlandırılması" mövzusunda mühazirə oxuyub.
Qeyd edək ki, kurs may ayının 2-də yekunlaşacaq və iştirakçılara sertifikatlar təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB