Ölkə vətəndaşlarının sağlamlıqlarının qorunmasına olan diqqətin təzahürü kimi Prezident İlham Əliyevin uyğun olaraq 2014-cü il fevral ayından respublikamızın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri həyata keçirilir. SİA-nın xəbərinə görə, bununla əlaqədar Səbail rayon icra hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir.
Qeyd olunmalıdır ki, rayonda gedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadalarının da təşkil olunub.
Fevralın 17-dən etibarən artıq rayon üzrə 42.084 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüşlər. Belə ki, qeyd olunan müddət ərzində 143 nəfər stasionar müalicəyə götürülmüş, 5649 nəfərə ambulator müalicə təyin edilmişdır. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər.
2 saylı şəhər poliklinikası baş həkiminin müavini Şahin Quliyev çalışdığı tibb müəssisəsinin keçən il Dövlət Poqramına uyğun olaraq əsaslı təmir olunduğu, ən müasir tibbi avadanlıqlarla təchiz olunduğunu deyib: "Poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insnlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir".
Rayon sakini Faiq Qarayev və başqaları ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılayıblar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq ediblər. Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB