Artıq yurdumuzun hər yerində Baharın xoş nəfəsi gəlir. Martın 15-də Astara rayonunda İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və rayon ictimaiyyətinin iştirakı ilə Novruz bayramı şənliyi geniş şəkildə qeyd olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Astara şəhəri Heydər Əliyev adına parkda şəhər mədəniyyət evinin xalq çalğı alətləri ansamblı, folklor və rəqs qrupları, müğənnilər şən mahnılar, milli rəqslər ifa ediblər. İdmançıların meydana daxil olması daha böyük coşqu yaradaraq çıxışları alqışlarla qarşılanıb.
Milli bayramımızın əsas siması olan Bahar qızının gəlişi ilə Novruz tonqalı yandırılıb.
Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgi və Novruz personajlarının iştirakı ilə xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurub.
Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm cənab Prezident İlham Əliyevə minnnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzulayıblar.
Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyadıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB