"Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gündüz cənub küləyi əsəcək". Bunu SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, martın 1-də paytaxtda və yarımadada havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti gözlənilir.
Qurum rəsmisi bildirib ki, sabah ölkənin bölgələrində havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır: "Gündüz yağıntıların tədricən kəsiləcəyi, qərb küləyi əsəcəyi ehtimal olunur. Mərkəzi Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda temperaturun gecə 2-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı proqnozlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB