Qurban Yetirmişli: "Bu o demək deyil ki, zəlzələ baş verməyəcək"

Qurban Yetirmişli: "Bu o demək deyil ki, zəlzələ baş verməyəcək"

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkə ərazisində baş verən son zəlzələlərə münasibət bildirib. SİA-nın xəbərinə görə, bununla bağlı Q.Yetirmişli jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, fevralın 10-da Hacıqabulda baş verən zəlzələ güclü idi: "Həmin zəlzələ ölkənin bütün ərazilərində hiss edilmişdi. Bunun nəticəsi olaraq, gərginlik toplanan digər zəlzələ ocaqlarını oyatmışdı. Lerikdə bu gün baş vermiş zəlzələ də bizim illər boyu talış zonasında müşahidə etdiyimiz dərinlik qırılması ilə əlaqədar Astara-Lənkəran arası zəlzələ ocaqlarında təkan baş vermişdi. Maqnitudası 4 olan bu zəlzələnin dərinliyi 30 km-dən çox olduğuna görə fəsadlar törətməyib. Həmin ocaqda günortaya kimi 4-5 afterşoklar olub. Artıq həmin yerdə seysmoloji aktivlik son səviyyəsinə düşür".

Q.Yetirmişli bildirib ki, digər ərazilərdə seysmoloj aktivlik son səviyyəsindədir: "Ancaq bu o demək deyil ki, zəlzələ baş verməyəcək".

Mərkəzin baş direktoru belə təkanların baş verməsini çox normal sayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə