Milli Məclisin üzvü Azay Quliyev Almaniyada Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün 20-23 fevral tarixlərində Berlində səfərdə olacaq.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində millət vəkili Almaniya Bundestaqı, Fridrix Ebert və Konrad-Adenauer fondlarında görüşlər keçirəcək, Azərbaycan -Almaniya QHT-lərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı olan məsələləri müzakirə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB