"Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yarımadanın bəzi yerlərində çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək". Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, fevralın 11-də paytaxtda və yarımadada havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacaq: "Çərşənbə axşamı ölkənin rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi şərq rayonlarında hava çiskinli olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı etimal olunur".
Nazirlik rəsmisi deyib ki, tibbi meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB