Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasında aparılan inşaat işləri ilə tanış olub.
Dövlətimizin başçısı filarmoniya binasının layihəsini əks etdirən stendə baxdı.
Gəncə Dövlət Filarmoniyası binasının təməli 2012-ci il yanvarın 21-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulmuşdur. Filarmoniya binasında hazırda tikinti işləri sürətlə davam etdirilir.
Məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə xidməti obyektləri, həmçinin yeraltı qaraj və yardımçı otaqlar fəaliyyət göstərəcək. Binanın fasadında Azərbaycan musiqi korifeylərinin heykəlləri ucaldılacaq.
Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB