Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının (AU TGT) təşəbbüsü Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və "Azərbaycan" İntellektual Oyunlar Klubunun təşkilati dəstəyi ilə yanvarın 18-də intellektual oyun klublarının sərgisi keçiriləcək. ATGTİ-dən SİA-ya verilən materiala görə, layihənin məqsədi tələbələrin intellektual oyunlara marağının artırılması, bu cür klubların həyata keçirdiyi yarış və turnirlərdə aktiv iştirak etməyə yönəltməkdir. Sərgidə 8 intellektual oyunlar klubunun stendləri təşkil olunacaq və onlar haqqında geniş məlumat veriləcək.
Qeyd edək ki, 19 yanvar tarixində layihə çərçivəsində 30-a yaxın klubun və 180 tələbənin iştirak etdiyi turnir təşkil olunacaq. Turnirdə ilk üç yeri qazanmış komandalar mükafatlandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB