Massimiliano Alleqri “Milan” klubunun baş məşqçisi vəzifəsindən azad edilib
"Milan" və "Sassuolo" futbol klublarının görüşü "Milan"ın məğlubiyyəti ilə (3:4) başa çatıb. Beləliklə, "rossonerlər" A seriyasının turnir cədvəlində 11-ci yerdə qalıblar. Bu məğlubiyyətdən sonra "Milan" komandası baş məşqçi Massimiliano Alleqri ilə əməkdaşlığa xitam verməyi qərara alıb.
Komandanın baş məşqçisi vəzifəsini müvəqqəti olaraq "Milan"ın keçmiş müdafiəçisi, əvvəllər baş məşqçinin köməkçisi olmuş Mauro Tassotti icra edəcək.
M.Alleqri üçün sonuncu matçda görüşün 13-cü dəqiqəsinə qədər onun yetirmələri 2:0 hesabı ilə irəlidə idi, lakin sonrakı 32 dəqiqədə Domeniko Berardi "Milan"ın qapısına 4 qol vurub, nəticədə qırmızı-qara formalı komanda çempionatda yeddinci məğlubiyyətə uğrayıb.
"Milanın" sükanı arxasına 2010-cu ildə keçmiş Alleqri elə ilk cəhddən bu komanda ilə çempionluq qazanıb. Keçən mövsümdə "rossonerlər" A seriyasında uğursuz start götürdüklərinə baxmayaraq üçüncü yeri tutublar. Cari çempionatın birinci yarısından sonra komanda seriyanı tərk etmək təhlükəsindən cəmi 6 xallıq məsafədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB