QMİ sədri Azərbaycanda yaşayan provaslavları Milad bayramını təbrik edib

QMİ sədri Azərbaycanda yaşayan provaslavları Milad bayramını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Allahşükür Paşazadə Azərbaycanda yaşayan pravoslavları Milad bayramı münasibətilə təbrik edib. SİA-nın QMİ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şeyxülislamın Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandra ünvanladığı təbrik məktubunda müsəlmanlar və şəxsi adından Azərbaycanda yaşayan Pravoslav kilsəsinin bütün övladlarını Milad bayramı və Yeni ilin başlaması münasibəti ilə ürəkdən təbrik edib.

Qafqaz müsəlmanlarının dini liderinin məktubunda deyilir: "Uca Tanrı bizi yaxınlaşdıran və birləşdirən hər şeyin qorunub saxlanması və ləyaqətli inkişafı naminə cəhdlərimizə xeyir-dua verəcək və bütün Azərbaycan xalqının ümumi rifahına imkan yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə