Gəncədə sərnişin vaqonları istehsalı zavodu tikiləcək

Gəncədə sərnişin vaqonları istehsalı zavodu tikiləcək

"Prezident İlham Əliyevin tapşırığına əsasən, Gəncədə Vaqon Deposunun bazasında yeni müasir sərnişin vaqonları istehsalı zavodunun tikilməsi nəzərdə tutulur". SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bunu nəqliyyat naziri Ziya Məmmədov Gəncə Dəmiryol Vağzalının inzibati binasının təmirdən sonra açılışı mərasimində deyib. Nazir bildirib ki, bu istiqamətdə İsveçrənin "Ştadler" şirkəti ilə danışıqlar aparılır: "Hazırda layihə sənədləri hazırlanır. Güman edilir ki, bir neçə ay sonra layihənin icrasına başlanılacaq. Cənab prezidentin verdiyi bu qərarlar vaxtında və keyfiyyətlə icra ediləcək".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə