Gəncənin yol polisləri şəhər ərazisində reydlərə başlayıb. Reydlər zamanı daha çox avtomobilin konstruksiyasına dəyişiklik edən sürücülər aşkarlanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hərəkətin intensivliyi müşahidə olunan mərkəzi prospektdə keçirilən yoxlamalar zamanı avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Onların maşınları cərimə meydançasına aparılaraq barələrində müvafiq tədbirlər görülüb. Reyd zamanı yol polisinin əmrinə tabe olmayanlara da rast gəlinib. Avtomobillərə əlavə avadanlıq quraşdırdığı da üzə çıxıb.
Qeyd edək ki reydlər gecə saatlarına qədər davam edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB