Aynur Sofiyeva: “Azərbaycanda ailə məsələləri ilə bağlı müəyyən problemlər var”

"Bu gün Azərbaycan ailəsinin daha çox müdafiəyə ehtiyacı var". SİA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Aynur Sofiyeva "Azərbaycan ailəsi Strategiyası" layihəsinin ilkin müzakirəsi zamanı çıxışında deyib.

AQUPDK-nın bu istiqamətdə uğurlu siyasət həyata keçirdiyini dilə gətirən A. Sofiyeva bildirib ki, komitə tərəfindən ailə məsələləri, milli mənəvi-dəyərlərin ailələrdə qorunması istiqamətində müvafiq işlər görülür: "Amma bütün bunlara baxmayaraq, hər bir cəmiyyətdə olduğu kimi Azərbaycanda da ailə məsələləri ilə bağlı müəyyən problemlər var. Biz bunları xüsusi analiz edərək diqqətlə yanaşmalıyıq ki, problemlər daha da dərinləşməsin. Erkən nikah problemi bu gün bizim mübarizə apardığımız əsas problemlərdən biridir. Ailədaxili münaqişələr, qısqanclıq bizi çox narahat edir. Çoxuşaqlı ailələrin müdafiəsi istiqamətində çoxlu işlər görülüb. Ailə siyasətinin həyata keçirilməsi istiqamətində daha səmərəli fəaliyyətinin davam etdirilməsi üçün "Azərbaycan ailəsi Strategiyası" yüksək səviyyədə hazırlanmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə