Mehman Sadıqov: “Həbsxanalarda konsert proqramları təşkil ediləcək”

Mehman Sadıqov: “Həbsxanalarda konsert proqramları təşkil ediləcək”

"Dünya Azərbaycanlıların Həmrəylik günü ilə bağlı həbsxanalarda konsert proqramları təşkil olunacaq". SİA-ya açıqlamasında Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov belə deyib.

Onun sözlərinə görə, birinci növbədə bu bayramın tarixi əhəmiyyəti və mahiyyəti məhkumların nəzərinə çatdırılacaq: "Eyni zamanda, həmin bayramın əhəmiyyəti nəzərə alınaraq kütləvi tədbirlər keçiriləcək. Bu tədbirlərə incəsənət xadimləri dəvət olunacaq".

"Kifayət qədər geniş tədbirlərimiz və planlarımız var" - deyən Mehman Sadıqov bildirib ki, bütün cəzaçəkmə müəssisələrində bayramla əlaqədar idman, intellektual oyunlar təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə