Penitensiar xidmətin əməkdaşlarına treninq-məşğələ keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsi tərəfindən tabe qurumlarda müxtəlif xidmət sahələrində çalışan əməkdaşlarla treninq-məşğələlərin keçirilməsi davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin tapşırığına əsasən xidmətin tərbiyə işinin təşkili, qeydiyyat işi, maliyyə-təsərrüfat xidməti, məhkumların əməyinin təşkili, mühafizə texnikası sahəsində fəaliyyət göstərən əməkdaşları ilə mütəmadi olaraq Baş idarədə və yerlərdə peşə hazırlığının artırılması məqsədi ilə belə tədbirlər keçirilir. Növbəti treninq-məşğələ xidmətin Baş idarəsində əməliyyat xidməti sahəsində faliyyət göstərən əməkdaşlarla keçirilib.

Xidmətin Əməliyyat-rejim idarəsinin rəis müvini, Əməliyyat şöbəsinin rəisi vəzifəsini icra edən ədliyyə polkovniki Bəylər Abbasov cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının əməliyyat aparatları tərəfindən aparılan işin təhlilinə əsasən mövcud vəziyyət barədə məlumat verərək qanunçuluğun qorunması, cinayətkarlıqla mübarəzinin gücləndirilməsi, eləcə də penitensiar müəssislərdə sabitliyin təmin olunması məqsədilə aparılan profilaktiki işin səmərəsinin artırılmasında belə məşğələlərin rolunun yüksək olduğunu vurğulanıb.

Tədbirdə əməliyyat fəaliyyətinin daha səmərəli təşkili, eləcə də mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasında tabe qurumların əməkdaşlarına əməli köməklik məqsədilə aidiyyəti təlimatlar verilərək, xidməti istifadə üçün metodiki vəsaitlər paylanılıb. Müxtəlif xidmət sahələri üzrə bu istiqamətdə olan silsilə tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə