Əflatun Amaşov: "Peşələrinə hörmətlə yanaşsınlar"

Əflatun Amaşov: "Peşələrinə hörmətlə yanaşsınlar"

"Bu yazıdan başlığa başqa bir sərlövhədə çıxarıla bilərdi. Sərlövhə yazını ehtiva etmir. Yazıya daha uyğun, tutarlı ad seçmək olardı". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov "Yeni Müsavat" qəzetində "Demokratik ölkələr içində bura cəhənnəmdir" başlıqlı yazıya münasibət bildirərkən söyləyib.

Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin müxbiri Elşad Paşasoy sözügedən məqalədə qocaman mətbuat işçisi, professor Şirməmməd Hüseynovun fikirlərini təhrif edib.

Ə.Amaşov həmçinin bildirib ki, bununla bağlı jurnalistlərə tövsiyyələr verilir: "Mətbuat Şurası bununla bağlı jurnalistlərə tövsiyə edir ki, peşələrinə hörmətlə yanaşsınlar və belə qüsurlara yol verməsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə