Yeni Azərbaycan Partiyası Gənclər Birliyi "Avtomobilçi Sürücülük Cəmiyyəti" ilə birgə yeni layihəyə start verib. SİA-nın məlumatına görə, layihə çərçivəsində bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisində "Yol hərəkəti qaydaları-sürücü məsuliyyəti və mədəniyyəti" mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə açan YAP GB ofisinin rəhbəri Sərraf Balaxan deyib ki, bu gün yol hərəkəti qaydalarını hər bir kəs dərindən bilməli vbə ona riayyət etməlidir: "Hər gün yol hərəkəti qaydalarına əməl etmədiyinə görə istər sürücülər, istərsə də piyadalar həyatlarını dəyişirlər. Təsadüfi deyil ki, cəmiyyətdə "yol terroru" kimi anlayışlar meydana gəlib. Bütün bunlar deməyə əsas verir ki, yol hərəkəti qaydalarına əməl etmək hər bir şəxsin borcudur. Bu qaydalara əməl etməklə biz həm öz sağlamlığımız, təhlükəsizliyimniz təmin etmiş, həm də yaxın ətrafımıza hüzün dolu anlar yaşatmaqdan çəkinmiş oluruq".
Daha sonra "Avtomobilçi Sürücülük Cəmiyyəti"nin rəhbəri Rafiq Xəlil seminarda iştirak edən gənclərə yol hərəkəti qaydaları ilə bağlı ətraflı məlumat verib. Xarici ölkələrin bu sahədəki təcrübələrini gənclərin diqqətinə çatdırıb.
Seminarda gənclər onları maraqlandıram suallara cavab tapıblar.
Qeyd edək ki, YAP GB seminarlar mütəmadi olaraq təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB