AzMİU-nun rektoru, millət vəkili, prof. Gülçöhrə Məmmədova Universitetə bu il daxil olan tələbələrlə görüşüb. SİA-nın verdiyi məlumata görə, birinci kurslarla tanışlıq xarakteri daşıyan görüşlər rektor tərəfindən hər il ənənəvi olaraq keçirilir. Görüşlərdə rektor gənc nəslin təlim-tərbiyyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayan universitetin bu gün təhsil ocaqları içərisində seçildiyini söyləyib.
Tanışlıq xarakteri daşıyan görüşlərdə tələbələr qarşısında çıxış edən rektor, universitetin imkanlarından və təhsilin səviyyəsundən danışıb. Tələbə- müəllim münasibətlərinə toxunan rektor, AzMİU-da təlim-tərbiyyə məsələlərinin xüsusilə önə çəkildiyini bildirib, tələbələri maraqlandıran bütün sualları geniş və ətraflı cavablandırıb. Tələbələrin ayrı-ayrılıqda şikayət və təklifləri dinlənilib. Görüşdə yeni tələbə adını qazanmış tələbələrlə yanaşı, hər bir fakültənin dekanı, eyni zamanda tanınmış ictimai təşkilatlardan nümayəndələr iştirak edib. Görüşdə AzMİU-nun beynəlxalq əlaqələri tələbələrin diqqətinə çatdırılıb. Avropa birliyi universitetləri ilə digər ölkələrin universitetləri arasında mübadilə və əməkdaşlıq əlaqələrini artıraraq, dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramların tələbələrin diqqətinə çatdırılıb.
Qeyd edilib ki, artıq iki fakültədə - 97 nəfər tələbəsi olan Texnologiya fakültəsində və 120 tələbəsi olan Müasir informasiya texnologiyaları fakültəsində tələbələrlə görüş keçirilib. Təhsil ilinin sonuna qədər birinci kurslarla bu cür görüşlər mütəmadi olaraq keçiriləcək.
Məlumat üçün bildirilib ki, 2013-2014-cü tədris ilində AzMİU-ya 1180 tələbə qəbul olunub ki, bunların 468 nəfəri dövlət sifarişinə, 712 nəfəri isə ödənişli əsaslarladır.

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB