“İmamzədə” dini kompleksində aşura mərasiminə hazırlıq gedir

“İmamzədə” dini kompleksində aşura mərasiminə hazırlıq gedir

Ölkənin ən iri ziyarətgahlarından olan Gəncənin "İmamzədə" dini kompleksində aşura mərasiminə hazırlıq gedir. Hər il olduğu kimi, bu ildə "İmamzadə" dini kompleksində İmam Hüseynin şəhadətinin növbəti ildönümü ilə bağlı anım mərasimi keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsinin Qərb Bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, mərasimə şəhər İcra Hakimiyyəti ilə birgə bütün hazırlıq işləri yekunlaşıb: "İnsanların rahat ziyarəti üçün bütün lazımı işlər nəzərdə tutulub. Bununla yanaşı, şəhərin məscidlərində də aşura mərasiminin keçirilməsi üçün lazımı şərait yaradılıb. Aşura mərasimi İmam Hüseynin adına layiq şəkildə keçirilməlidir. Belə ki, ziyarətə gələnlərin qarşısında qurşağa qədər soyunmaq və qan çıxarmaq, mərasimə ləkə gətirən əməllərdən çəkinmək vacibdir. İmam yoluna qan vermək istəyənlər üçün Gəncənin İmamzadə dini kompleksində hər il olduğu kimi, bu il də lazımı şərait yaradılacaq. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hemofiliya və talassemiya xəstələri üçün qanvermə aksiyaları İmamzadə ziyarətgahında da keçiriləcək".

Qeyd edək ki, noyabr ayının 13 tasua 14-ü isə aşuradır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə