Lənkəran Gənclər Mərkəzində ətraf mühitlə bağlı konfrans keçirilib

Lənkəran Gənclər Mərkəzində ətraf mühitlə bağlı konfrans keçirilib

Gənclər Təşkilatları Milli Şurası Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə Lənkəran Gənclər Mərkəzində "Gənclər Evi – Gənclərin ətraf mühit məsələlərində iştirakının gücləndirilməsi üçün platformadır" adlı konfrans təşkil edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, konfransın əsas məqsədi ötən ilin mayından etibarən respublikanın Goranboy, Göygöl, Lənkəran, Sabirabad və Yevlax rayonlarında həyata keçirilən "Gənclər Evi – Gənclərin ətraf mühit məsələlərində iştirakını gücləndirmək üçün platformadır" adlı layihəsinin iştirakçılarını, yerli səviyyədə qərar qəbul edən rəsmiləri bir araya gətirərək fikir mübadiləsi aparmaq və görülmüş işlərin hesabatını verməkdən ibarətdir. Konfransda gənclərlə rəsmilər arasında bir sıra görüşlər keçirilib, regionun gələcək inkişafı ilə bağlı olaraq gənclər öz təkliflərini irəli sürüb.

Qeyd edək ki, layihə çərçivəsində bir çox fəaliyyətlər həyata keçirilib: region gəncləri arasında qeyri-formal təhsil metodu üzrə ətraf mühitin qorunması mövzusunda təlimlər həyata keçirilmiş, region gəncləri arasında 25 nəfərlik gənclərdən ibarət ekologiya təşviqat qrupları yaradılıb və sonradan könüllü gənclərin müraciəti ilə qruplar say baxımından daha da genişlənib, regionlar arasında gənclərin iştirakı ilə 6.000 (altı min) nəfər gənc arasında sorğular həyata keçirilib, adı çəkilən regionların ucqar dağ kəndlərində gənclərə səyyar təlim qrupları tərəfindən ətraf mühit məsələləri üzrə 2 il müddətində 3000-dən çox gənc birbaşa və dolayı yolla təlimlər keçirilib, gənclərlə rayon icra hakimiyyəti nümayəndləri arasında görüşlər təşkil olunub və gənclərin təklifləri dinlənilib və gənclər tərəfindən gənclərin təşəbbüsü ilə son 2 (iki) ay ərzində 11 (on bir) kiçik həcmli layihə icra olunub və hal-hazırda icra olunmaqdadır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə