Milli Məclisin bugünkü iclasında "Sosial müavinətlər haqqında" qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verərək bildirib ki, layihə çoxuşaqlı ailələrə müavinətlərin verilməsi ilə bağlıdır.
Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qanun layihəsini təqdim edərək bildirib ki, qanuna çoxuşaqlı ailələrə müavinətlərin verilməsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi daxil olub.
Yeni əlavə və dəyişikliklərə əsasən, 5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə ayrıca müavinət veriləcək. Müavinət 1 yaşından (1 yaşı tamam olduqdan sonra) 18 yaşına qədər olan uşaqlara veriləcək. Uşağın 18 yaşı tamam olduqda müavinətin verilməsi dayandırılacaq.
"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən dəyişikliklərə görə isə İnzibati Xətalar Məcəlləsinə əsasən əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan qurumlarda çalışan işçilərin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün həmin orqanın hesabına köçürülür.
Komitə sədri Hadı Rəcəbli deyib ki, bu dəyişiklik əhalinin sağlamlığının qorunması sahəsində inzibati xətalara qarşı məsuliyyət tədbirlərinin gücləndirilməsi, tibb işçilərinin maddi təminatına və sosial müdafiəsinin artırılması məqsədi daşıyır.
Hər iki layihə səsə qoyularaq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB