Oktyabrın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 75 illik yubileyi qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində yazıçının ədəbi, elmi və tənqidi fəaliyyətini əks etdirən kitab sərgisi ilə tanış olublar.
Tədbir Xalq Yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən videofilmin nümayişi ilə başlanıb.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı Aqil Abbas, yazıçı-publisist Mirkazım Seyidov, yazıçı-dramaturq, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, tanınmış mədəniyyət və incəsənət xadimləri yazıçının Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən danışıblar.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev oxucular adından Xalq Yazıçısı Anarı təbrik edib, ona fəxri diplom və hədiyyə təqdim edib.
Sonra yubilyarın əsərləri əsasında hazırlanmış tamaşalardan səhnəciklər nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB