Müdafiə Nazirliyində kadr islahatları

Müdafiə Nazirliyində kadr islahatları

Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olunub.

Yeni nazir müavini və Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirovdur.

R.Tahirov Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edib. O, bu təyinata qədər Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev vəzifəsindən azad olunub.

Həmçinin, Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifələrindən azad edilib.

M.Beydullayevin yerinə polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub.

F.Cəbrayılov 1995-ci ildə prezidentin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə