ATGTİ yeni təcrübə proqramına start verir

ATGTİ yeni təcrübə proqramına start verir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) "Sağlam Ailə" tibb mərkəzi ilə Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə proqramı elan edir. SİA-ya verilən məlumata görə, bu təcrübə proqramına seçilmiş tələbələr "Sağlam Ailə" tibb mərkəzində həkim köməkçisi, texniki operator və digər vakansiyalarda təcrübə keçəcəklər. Bu təcrübə proqramına 3 və yuxarı kurs tələbələri müraciət edə bilərlər.

İştirak etmək istəyənlər http://atgti.az/offer/20131012063042345.html linkindən qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, bu layihə ATGTİ-nin həyata keçirdiyi Tələbə Təcrübə Proqramı çərçivəsində həyata keçirilir. Tələbə Təcrübə Proqramı hazırda dövlət və özəl şirkətlər ilə əməkdaşlıq edərək, tələbələrin bir çox müəssisələrdə təcrübə keçməsini təmin edir. İndiyə qədər Proqram çərçivəsində "Atəşgah" Sığorta, "Bakı Elektrikşəbəkə" ASC, Bank Respublika, "Ömür" Klinikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Təmiz Şəhər" ASC ilə birgə təcrübə proqramları həyata keçirib. Keçirilən təcrübə proqramlarında 60-dan çox tələbə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə