Göygöl-Daşkəsən Dairə üzrə 84 seçki məntəqələrində seçici fəallığı müşahidə olunur

Göygöl-Daşkəsən Dairə üzrə 84 seçki məntəqələrində seçici fəallığı müşahidə olunur

Respublikada keçirilən prezident seçkiləri ilə bağlı 101 saylı Göygöl- Daşkəsən Dairə Seçki Komissiyasının bütün məntəqələrində seçicilər fəallıq göstərir. Dairə üzrə 84 seçki məntəqəsində seçicilərin səs verməsi üçün hər cür şərait yaradılıb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, bu məntəqələrdən 46-sı Göygöl, 28-i Daşkəsən rayonları üzrədir. Həmçinin dairə üzrə 7 hərbi hissədə səsvermə üçün bütün lazımi tədbirlər görülüb. Xüsusi səsvermə üçün ayrılan otaqlar bütün avadanlıqlarla təmin edilib. Dairə üzrə ümumilikdə 17 min 65 nəfər səs verib ki, bu da 38.66 faiz təşkil edir. 101 saylı Göygöl- Daşkəsən Dairə Seçki Komissiyasının 34 saylı seçki məntəqəsində 766 seçici qeydiyyata alınıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə