Seçkiləri işıqlandırmaq üçün 70-ə yaxın xarici ölkə jurnalisti MSK-da akkreditə olunub
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərini işıqlandırmaq üçün Azərbaycana gəlmək istəyən beynəlxalq kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, televiziya və radio, eləcə də elektron portallar) sayı artır. SİA-ya Müstəqil Mətbuat Mərkəzindən verilən xəbərə görə, artıq 20-dən çox beynəlxalq KİV-in 70-ə yaxın nümayəndəsi Mərkəzi Seçki Komissiyasında akkreditə olunub.
MSK-da akkreditə olunmuş KİV-lərin sırasında Türkiyənin TRT, Almaniyanın ARD, Rusiyanın "Russian Today" telekanllarının, Bloomberg News, Reuters, İTAR TASS, Sinxua, Avropa Pressfoto, Cihan xəbər agentlikərinin, "Vesti Seqodnya", "Exo Planetı", "New- York Times" kimi qəzetlər vardır.
Xarici KİV-lərin akkreditasiyası davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB