Qaradağda Beynəlxalq Müəllimlər Günü qeyd olunub FOTO

Qaradağda Beynəlxalq Müəllimlər Günü qeyd olunub FOTO

5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə bütün müəllimləri ürəkdən təbrik edib. Daha sonra öz çıxışında Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd edib. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına və bu sahədə çalışan adamlara yüksək diqqət və qayğı göstərilməsini məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürü kimi vurğulayıb: "Ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı", Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı" və digər bu kimi tədbirlər çərçivəsində respublikamızda yüzlərlə təhsil ocaqlarının tikilib, əsaslı təmir olunub. Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunub, böyük hörmətlə, yüksək ehtiramla çəkilib".

Tədbirdə çıxış edən təhsil işçiləri göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən bir neçə müəllimə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə