YAP Gəncə şəhər təşkilatı növbəti təbliğat-təşviqat görüşünü təşkil edib FOTO

YAP Gəncə şəhər təşkilatı növbəti təbliğat-təşviqat görüşünü təşkil edib FOTO

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevin YAP Gəncə şəhər təşkilatı tərəfindən təşkil edilən seçicilərlə növbəti təbliğat – təşviqat görüşü təşkil edilib. SİA-nın məlumatına görə, görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Təşkilatın İdarə Heyəti və Şura üzvləri, təbliğat–təşviqat qrupunun üzvləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri və seçicilər iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev seçicilərin diqqətinə çatdırıb ki, bu gün nəinki Azərbaycanda yaşayan, dünyanın hər bir nöqtəsində yaşayan bütün soydaşlarımız fəxr edirlər ki, azərbaycanlıdırlar, belə bir qüdrətli güclü, zəngin Vətənin övladlarıdırlar: "Onlar dünyanın harasında olsalar da səsimizə səs verirlər, bu gün Azərbaycanda gedən bütün ictimai – siyasi prosesləri maraqla izləyərək, bizə dəstək olurlar".

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev vurğulayıb ki, Azərbaycanı qüdrətli dövlətlərlə eyni səviyyəyə çatdıran dinamik inkişafın aparıcı qüvvəsi olan partiyanın hər bir üzvü gələcək naminə çalışaraq fəaliyyəti ilə başqalarına da nümunədirlər: "İnsanların YAP ətrafında sıx birləşməsi eyni zamanda, Prezident cənab İlham Əliyevin davam etdirdiyi siyasətə inam və etimaddan irəli gəlir. Elə buna görə də qarşıdakı seçkilərdə Azərbaycan xalqı bir daha Prezident İlham Əliyevi dəstəkləyərək Ümummilli lider Heydər Əliyevin siyasətinə sədaqətini təsdiqləyəcək. Ölkə başçısı cənab İlham Əliyevin tövsiyələri, Dövlət proqramlarından irəli gələn vəzifələr Gəncəlilər tərəfindən həmişə dəstəklənir, quruculuq işlərində partiya fəalları hamıya nümunə göstərilir. Respublikanı əhatə edən geniş quruculuq işlərini gündəlik həyatında hiss edən bütün vətəndaşlar kimi Gəncə sakinləri də prezident seçkilərində düzgün seçim edərək bir daha cənab İlham Əliyevi dəstəkləyəcəklər".

Tədbirdə AMEA-nın müxbir üzvü, AMEA-nın Gəncə Bölməsinin direktoru, professor, YAP Gəncə şəhər Təşkilatının sədr müavini Fuad Əliyev, GDU-nun Tarix-coğrafiya fakultəsinin dekanı, professor Həsənbala Sadıqov, Həkim Roza Qafarova, GDU – nun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Qvami Qazıyev, GDU – nun tələbəsi, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvü Elmir Bağırov çıxışlarında vurğulayıblar ki, bu gün hər bir vətəndaş möhtərəm Prezidentin fəaliyyətini dəstəkləyir, onunla eyni amala xidmət etdiyini öz işi, əməli ilə sübuta yetirməyə çalışır: "Həqiqətən də, müştərək səylər hesabına bütün Azərbaycan, o cümlədən Gəncə gözəlləşir, inkişaf edir. Bu inkişaf yolu bizim ümumi, müqəddəs yolumuzdur. Bu gün hər bir gəncəli dövlətimizin üç rəngli bayrağı altında yalnız irəliyə baxır. İnanırıq ki, sabahımız bu günümüzdən də parlaq və işıqlı olacaq. Tarixin sınaqlarından həmişə üzüağ çıxan Gəncənin mübariz sakinləri yenə də öz iradələrinin səsinə qulaq asacaq, xoşbəxt gələcəklərini düşünərək, cənab İlham Əliyevi Prezident seçəcəklər!"

Bütün xəbərlər Facebook səhifəmizdə