Nazir bölgədə fermerlərlə görüşüb

Nazir bölgədə fermerlərlə görüşüb

Kənd Təsərrüfatı naziri İsmət Abasov Bərdədə bir necə rayonun sakinləri ilə görüşüb. Qəbulda Ağdam, Ağcabədi, Tərtər, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinləri iştirak ediblər. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, görüşdə kənd təsərrüfatı naziri ilə yanaşı nazirliyin idarə və təşkilatlarının tabeliyində olan qurumların rəhbərləri iştirak ediblər. Müxtəlif rayonlardan 60 –dan çox vətəndaş nazirə müraciət edib.

Qeyd edək ki, qəbulda bəzi fermerlər kənd təsərrüfatı sahəsinə adi olmayan problemlərə də toxunub. Bu cür məsələlərin aidiyyatı qurumlara çatdırılması üçün Nazirlik tərəfindən qeydiyyat aparılıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə