Sabah hava yağmurlu olacaq

"Sabah Bakı və Abşeron yarımadasında soyuq, küləkli hava şəraiti davam edəcək, arabir yağış yağacaq. Şimal-qərb küləyinin arabir güclənəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, oktyabrın 5-də paytaxtda və yarımadada havanın temperaturu gecə və gündüz 11-15 dərəcə isti olacaq.

Baş hidroloqun sözlərinə görə, ölkənin rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensivlik təşkil edəcəyi gözlənilir: "Qərb küləyi əsəcək, arabir bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə isə 0 dərəcəyə yaxın olacağı ehtimal olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə