"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Polşada keçirilən Şərqi Avropa Təşəbbüsü Konqresinin mədəniyyət üzrə "ən yaxşı layihə" mükafatını alıb. SİA-ya verilən məlumata görə, altı kateqoriya üzrə elan olunan müsabiqədə "Böyük İpək Yolu" BGT-nin 2013-cü ilin aprelində Bakıda keçirdiyi "Gənc Şairələrin Beynəlxaq Forumu" layihəsi mədəniyyət üzrə ən yaxşı mükafata layiq görülüb. Bununla bağlı dünən Lublin şəhərində ən yaxşı layihə müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin diplomu təşkilatın baş katibi Aydan Kərimliyə təqdim olunub.
44 layihə arasından seçilən qaliblər arasında Belorus, Gürcüstan, Ermənistan və Moldovanın da layihələri olub. Şərqi Avropa Təşəbbüsləri Konqresi 1-3 oktyabr tarixlərində keçirilir. 3 gün ərzində davam edən konqresdə müəllif mövzular üzrə müzakirə aparılacaq. "Gənclərarası mübadiləyə həsr olunmuş panel müzakirə "Böyük İpək Yolu" BGT-nin baş katibi tərəfindən təşkil olunacaq.
Qeyd edək ki, "Böyük İpək Yolu" BGT 2012-ci ildə tarixi ipək yolu üzərində yerləşmiş 25 ölkənin gəncləri tərəfindən Bakıda təsis olunub. Təşkilat ipək yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni əməkdaşlıq əlaqələrini yaradılmasını prioritet olaraq qarşısına qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB