"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü şimal küləyinin əsəcəyi, temperaturun 8 dərəcəyədək enəcəyi, yağış yağacağı gözlənilir". Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, paytaxtda və yarımadada havanın temperaturunun günün birinci yarısında 17-19, günün ikinci yarısında 14 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.
Məlumata əsasən, oktyabrın 4-də ölkənin bölgələrində şimşək çaxacaq, arabir yağış yağacaq: "Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 16-21, dağlarda gecə 4-9, gündüz 9-13 dərəcə isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB