Şagirdlər arasında intellektual oyun keçirilib

Şagirdlər arasında intellektual oyun keçirilib

Xəzər rayon Gənclər və İdman idarəsi, Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Xəmsə" milli intellektual oyunu keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Xəmsə" milli intellektual oyununun Xəzər rayon mərhələsində 8 komanda iştirak edib. Yekun nəticələrə görə I yerə 183 №-li tam orta məktəb, II yerə 92 №-li tam orta məktəb, III yerə 26 №-li tam orta məktəb layiq görülüblər. Qaliblərə Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Xəmsə" milli intellektual oyunu həmçinin Binəqədi rayonunda da keçirilib. Belə ki, intellectual oyun Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonu 102 saylı tam orta məktəbdə keçirilib. Yarışda 14 komanda tərkibində 70 nəfər şagird təmsil olunub Dörd saat davam edən yarışın nəticələrinə görə 83 saylı məktəb-liseyin komandası I, 143 saylı tam orta məktəbin komandası II, 3 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə