Oktyabr ayı üçün ulduz falı

QOÇLARIN ailəsində mənəm-mənəmlikdir. Yaxşı ki, ömür-gün yoldaşınız sizə güzəştə gedə bilir. Bəs o da xarakter göstərməyə başlasa, necə olacaq? Əslində, mənasız münaqişədə barışıq elan etmək üçün ailədaxili diplomatik konfrans çağırılmalıdır. Subaylar qarşılarına çətin və ziddiyyətli məqsəd qoyublar: mümkün qədər çox adamı yoldan çıxarmaq, amma özünü aydan arı-sudan duru hiss etmək. Məqsədinizə çatacaqsınızmı? Siz daim işdə ləngiyirsiniz, iş saatlarından artıq işləyirsiniz və bəlkə də indiki vəzifənizin çərçivəsini çoxdan aşmısınız. Ətrafınıza baxın. Daha yüksək mövqeyə çatmaq şansınız var. Bədxərclik etməyin.

BUĞALARIN ailəsində bir-birini başa düşməyə alışırlar. Həqiqətin guya mübahisə əsnasında ortaya çıxması işin zahiri tərəfidir. Sizin ümumi dil tapmaq bacarığınıza artıq həsəd aparmağa başlayıblar. İslaholunmaz fərdiyyətçiləri həqiqi ehtiras gözləyir. Ehtiras hər küncdə-bucaqda - qonaqlıqda, dost məclislərində, hətta iştirak etdiyiniz tədbirdə sizi qarabaqara izləyir. İşdə paxıl həmkarlarınız layihələrinizə əngəl olmağa çalışırlar, lakin siz qalib gəlirsiniz. Əsl comərdlik timsalısınız, daim dostlarınızın və qohumlarınızın köməyinə tələsirsiniz. Amma xeyirxahlığınızdan faydalanmağa çalışan adamlardan özünüzü gözləməlisiniz.

ƏKİZLƏRİN ailəsində sevgi yerini qısqanclığa verməyə başlayır. Bu qısqanclığın əsası varmı? Çətin ki. Şübhələrdən qurtulmağa çalışın. Yüngülvari eşq macərası ailə xoşbəxtliyi üçün təhlükə deyildir. Qadınlar nəhayət "ağ atlı şahzadəyə" rast gələcəklər. Kişilər boş ümidləri ilə təkbaşına qalacaqlar, amma işiniz təsəlli verə bilər. Yeri gəlmişkən maliyyə durumunuz da pis deyildir və işinizdən məmnun qalmağa kömək edir.

Ailəli XƏRÇƏNGLƏR ömür-gün yoldaşları ilə münasibətlərini rövnəqləndirmək istəyirlər. Uğurlar olsun! Sevdiyiniz insan da sidq-ürəklə özünü elə aparır ki, yanınızda olduğunu hiss edəsiniz. Tənha səyyahlar sevgidən başlarını itirməməyə çalışırlar. Amma yerlərində də dinc oturmurlar. Birini sevib, o biri ilə macəra yaşamaq istəyirlər. İşdə yeni perspektivlər açılır. Bəlkə də fəaliyyət sahənizi dəyişdirəcəksiniz. Məvacibiniz gözlədiyinizdən çox olacaqdır.

ŞİRLƏRİN ailəsində gərginlik gah yatır, gah da alovlanır. Birinci addımı siz atın, onda vəziyyət öz-özünə düzələcək. Solo marafonçular startdadırlar: partlayışa bənzər atəş biçarə ürəyin lap ortasından vurur. Bu isə bütün sevinci-kədəri ilə birlikdə əsl məhəbbətdir. İşdə yeni layihələrin çoxluğu başınızı gicəlləndirir. Durmadan çalışırsınız, düşmənlər isə rəhbərliyi əleyhinizə qızışdırırlar. Ən kiçik müvəffəqiyyəti də çox böyük çətinliklə qazanırsınız. Xərcləriniz artıb, lakin haqlısınız. Könlünüzü almaq lazımdır, ya yox?

Ailəli QIZLAR şəxsi həyatlarından məmnundurlar. Gənclər dünyaya övlad gətirmək barədə düşünürlər. Valideynlər isə uşaqlarının uğurları ilə qürur duyurlar. Oktyabr proqramında sakit və fərəhli günlər nəzərdə tutulub. Qayğısız subaylar ciddi münasibətlərə hazırdırlar. Bəs o yeganə doğma insanı necə tapmaq olar? Tanışlıqlar, rəqs və yapon dili saytlarına üzv olun. İşdə birdən-birə bütün qapılar açılır: həm karyeranız sürətlə inkişaf edir, həm də məvacibiniz artır.

Ailəli TƏRƏZİLƏR yeni bal ayına çıxıblar. Bir-birinizi mükəmməl anlayır və dəstəkləyirsiniz. Tənha səyyahlar azadlığın dadını çıxarırlar. Ziyafət gecələri, səyahətlər, yeni simalar. Başlıcası budur ki, heç kəsə və heç nəyə bağlanmayasınız, amma belə həyat nə dərəcədə düzgündür. İşdə qan-tər içində çalışsanız da, ürəyinizdə belə işləməkdən az qala zövq alırsınız. Yeganə probleminiz borclarınızdır. Borcunuzu ödədikdən sonra özünüzü quş kimi hiss edəcəksiniz.

ƏQRƏBLƏRİN ailəsinin başının üstünü xəfif buludlar alıb. Qısqanclıq səhnələrini səssiz iradlar əvəzləyir. Və birdən-birə möcüzə baş verir. Növbəti umu-küsüdən sonra bir-birinizin ağuşuna atılırsınız. Əsl idilliyadır! Sanki əbədi axtarışda olan islahedilməz subaylar üçün ibrət dərsidir. Bu yolu sonunadək qət edə biləcəksinizmi? İşdə düşmən qazanmadan ideyalarınızı müdafiə edirsiniz. Çevikliyi, ədəb-ərkanı, qayğıkeşliyi sizdən öyrənmək lazımdır. Hamının yardımına tələsməsəydiniz, heç bir maliyyə probleminiz olmazdı. Amma qədrinizi bilən varmı?

OXATANLARIN ailəsində əmin-amanlıqdır. Əl-ələ verib övladlarınızı böyüdürsünüz. Bəziləriniz hətta yeni övlad dünyaya gətirmək barədə düşünürsünüz. Gələcəkdə bu bürcün tənha nümayəndələri mehriban dosta rast gələcəklər. Bu əlamətdar görüşdən sonra gələcəyiniz bu insanla bağlı olacaq. İşdə sizi parlaq uğurlar gözləyir. Sizə təkidlə yeni və daha yüksək vəzifə təklif edirlər. Uğurla sərmayə yatırırsınız. Sizi böyük gəlir gözləyir!

OĞLAQLARIN ailə həyatı bütövlükdə qayğısızdır. Praktiki və iqtisadi məsələlər zəminində xırda-para toqquşmalar olur. Ciddi heç nə yoxdur. Məqsədiniz doğma və yaxınlarınızın xoşbəxtliyi olduğu üçün ortaq məxrəcə gəlmək çətin deyil. Bəziləri tənhalığı xoşbəxtlik bilirlər. Amma bir-birinə sevgi dolu gözlərlə baxan ailəli dostlarınızın evinə gedəndə ürəyiniz sıxılır. Möhkəm olun, buludların arxasından artıq günəş boylanmaqdadır. Sizi böyük mükafat gözləyir.

DOLÇALAR həmişə haqlıdırlar, xüsusən evdə əmin-amanlığı qoruyub-saxlamaq istəyəndə. Həyat amalınız dostlarınızı və yaxınlarınızı heyrətləndirir. Ətrafınızda dolaşan söhbətlərdə gözəl məziyyətlərinizdən danışılır. Solo ifaçılar dost məclisində maraqlı subyektlə qarşılaşırlar. Fövqəladə heç nə yoxdur, amma bir baxışdan bir-birinizi anlayırsınız. Maraqlarınız da ümumidir. Müstəsna peşəkarlığınızı nümayiş etdirmək üçün işdə var gücünüzlə çalışırsınız. Bəlkə də ixtisasartırma kurslarına getməyin mənası var. Çətinliklə düzələn maliyyə məsələlərində də sabitlik gözlənilir.

Ailəli BALIQLAR özlərinə "nə etməli?" sualını verirlər. Elə təəssürat yaranıb ki, siz və həyat yoldaşınız əks istiqamətlərdə hərəkət edirsiniz. Vaxtınızın çoxunu evdə keçirməyə çalışın. Yaxınlarınıza qarşı mehriban, səmimi olun. İndi əvəz-əvəz dünyasıdır. Mehribanlığa, nəvazişə elə mehribanlıq və nəvazişlə cavab verirlər. Tənha səyyahlar bütün bu qayğılardan azaddırlar. Amma bu ay elə bir görüş baş verəcək ki, bütün dünyanızı alt-üst edəcək. İşdə məqsədiniz konkret layihələrdir. Uğur sizinlədir, lakin qələbə yüngül olmayacaq. Heç bir maliyyə çətinliyi gözlənilmir, buna baxmayaraq, gözünüz bank hesabınızın üzərində olmalıdır. İndi arxayınlaşmaq zamanı deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə