9 oktyabrda keçiriləcək olan prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası mərhələsində gedən işlərlə bağlı gənclərimiz öz fikirlərini bildirdilər:
Telman İmanov,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının YAP Gənclər Birliyinin sədr müavini:
- Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq, gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından asılıdır. Bu gün Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini təşkil edir. Azərbaycanın DövLət Başçısı gənclərimizə xüsusi diqqət və qayğı ilə yanaşır. Bu səbəbdən Cənab Prezidentimizin yürütdüyü gənclər siyasəti mühüm rol oynayır. Bütün bunlar səbəb olur ki, 9 oktyabrda gənclərimiz YAP-ın namizədi Cənab İlham Əliyevə səs verəcək. Ümumiyyətlə, görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğu bəllidir. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Cənab İlham Əliyevin siyasətini dəstəkləyir. Azərbaycan gəncliyi YAP-ın namizədinin yürütdüyü daxili-xarici siyasətə inanır və ölkəmizin işıqlı gələcəyini məhz onun çiyinlərində görür.
- Bildiyiniz kimi artıq prezident seçkiləri ilə bağlı qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. YAP Qax rayon təşkilatı da rayon ərzisində Cənab İlham Əliyevin təbliğatı-təşviqatı işlərini intensiv şəkildə həyata keçirir. Bu fəallıqda YAP ın üzvü olan qaxlı gənclərin də payı var. İlk işimiz Cənab İlham Əliyevin şəkillərini müəyyən olunmuş yerlərə yerləşdirmək oldu. 21 qrupda birləşən 105 nəfər gəncimiz bu işi gecə saatlarında böyük həvəslə, coşqu ilə başa vurdular. Kompaniya çərçivəsində Yap Qax rayon təşkilatının Gənclər Birliyi tərəfindən seçkilərin yüksək fəallıq şəraitində keçirilməsi, eyni zamanda partiya namizədinin təbliğatı istiqamətində gənc seçicilərlə görüşümüz keçirilmişdir. Bundan əlavə gənc seçicilərin seçki ilə bağlı maarifləndirilməsi istiqamətində bir qrup ilk dəfə səs verəcək seçicilərlə görüşümüz həyata keçirilmişdir. Kompaniya çərçivəsində rayonda keçirilən zirvə tədbirinin həm təşkilində, həm də gedişatında rayon gəncləri xüsusi fəallıq nümayiş etdirmiş, üzərində "İlhamla İrəli" yazılmış baş geyimlərini, köynəkləri geyinərək, əllərində bayraqlarla tədbirin keçirildiyi şəhər stadionu doldurmuşlar. Qarşıdakı günlərdə də bu istiqamətdə görüşlərimiz davam etdiriləcəkdir. Keçirilən görüşlərdən, tədbirlərdən, orada səsləndirilən fikirlərdən belə nəticəyə gəlmək olur ki, qaxli gənclər Cənab Prezidentin son 10 ildə bütün istiqamətlərdə gördüyü işlərdən xəbərdardır, gəncliyə göstərilən diqqətdən, qayğıdan olduqca məmnundur. Gənclərimiz növbəti dövr üçün də alterenativsiz Lider İlham Əliyevi Prezident görmək istəyir. Çünki gənclərimizin gələcklə bağlı ümidləri, arzuları Cənab İlham Əliyevin prezident seçilməsi ilə üst-üstə düşür.
Amil Cavadov,
YAP Ağdam rayon təşkilatı sədrinin müavini, Gənclər Birliyinin sədri:
- 16 sentyabr tarixindən başlayan təbliğat-təşviqat kampaniyası respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Ağdam rayonunda da gənclərin bu prosesə aktiv şəkildə qoşulması ilə başlamışdır. İlk saatdan başlayaraq gənclərimiz YAP-nın namizədinin şəkillərinin müəyyən edilmiş yerlərdən yapışdırmaqla bu işin öhdəsindən tez bir zamanda gəlmişlər. Həmçinin, gənclərimiz bugündə bizim ətrafımızda olmaqla rayonumuzun müxtəlif kənd və qəsəbələrində seçicilərlə keçirilən görüşlərdə yaxından iştirak edir, YAP-ın namizədinin təbliğat-təşviqat kampaniyasını yüksək şəkildə aparırlar. Bizim üçün qürürdur ki, təbliğatını apardığımız namizəd 10 il ərzində ölkəmizə rəhbərlik ediyi zaman Azərbaycanımız inkişaf etmiş, bütün sahələrdə böyük uğurlar qazanmaqla, ölkə əhalisinin rifah halı daha da yaxşılaşmışdır. Təbii ki, bunu ölkə əhalisi, o cümlədən cəmiyyətimiz ən aktiv qüvvəsi olan gənclərimiz görür və bu işlərdə onlar könüllü olaraq iştirak etməklə öz dəstəklərini əsirgəmirlər.
Cahid Süleymanov
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



