Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Biləsuvar rayonunun Muğankənd kəndində rayon təşkilatının təbliğat qrupu üzvləri ilə kənd seçiciləri arasında görüş olub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının aparat rəhbəri Əjdər Niftiyev son 10 il ərzində ölkədə həyata keçirilən uğurlu xarici və daxili siyasətdən söhbət açıb.
Seçicilər qarşısında çıxış edən Əjdər Niftiyev bildirib ki, bu inkişafın bundan sonra da davam etməsi üçün növbəti 5 il müddətinə Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməsi vacib faktordur.
Seçicilər adından kənd sakinləri Hüseyn Qurbanov, gənc seçici Cəmil Abdullayev çıxış edərək, birmənalı olaraq biləsuvarlıların İlham Əliyevi dəstəklədiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB