Bu günün sabitliyinə səs verək! FOTOLAR

Bu günün sabitliyinə səs verək! FOTOLAR

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı sentyabrın 16-da təbliğat-təşviqat kampaniyası çərçivəsində prezident seçkiləri ilə əlaqədar Masallı rayonunun Mahmudavar kəndində seçicilərlə görüş keçirib.

Tədbir iştirakçıları ilk öncə Mahmudavar kəndinin mərkəzində ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər. Tədbirdə YAP Siyasi Şurasının üzvü Yaqub Əliyev, Milli Məclisin deputatı Nəriman Əliyev, Milli Məclisin deputatı Elmira Axundova və kənd sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək nailiyyətlər Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən siyasətin nəticəsi kimi 10 il ərzində Azərbaycan sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçib. Belə ki, ölkə Prezidenti Masallı rayonuna səfəri çərçivəsində YAP Masallı rayon təşkilatının inzibati binasının, Taekvando və Boks mərkəzlərinin, yenicə təmirdən çıxmış Heydər Əliyev Mərkəzinin, rayon Mədəniyyət evinin və Zərifə Əliyeva adına geniş prospektin açılışında iştirak edib.

S.Əliyev vurğulayıb ki, Masallı şəhərində quruculuq-abadlıq işləri geniş vüsət alıb, şəhər ərazisinə su-kanalizasiya xətləri quraşdırılıb, rayonun ucqar kəndlərinə asfalt yol döşənib, qaz və içməli su xətləri çəkilib. "Sentyabrın 16-da Masallı rayonunda yeni inşa edilmiş 5 orta məktəbin açılışı oldu".

S.Əliyev 9 oktyabrda keçiriləcək prezident seçkilərində bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıb.

YAP Siyasi Şurasının üzvü Yaqub Əliyev çıxış edərək bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki mühitini ölkənin son illər ərzindəki inkişafı və bu inkişafın formalaşdırdığı ab-hava müəyyənləşdirir: "Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və bu sabitlik Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin məqsədyönlü siyasətinin bariz nümunəsidir".

Y.Əliyev seçiciləri bugünkü sabitliyə səs verməyə çağırıb.

Milli Məclisin deputatı Elmira Axundova çıxış edərək Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin azad və demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirib.

Seçicilərlə görüşdə Milli Məclisin deputatı Nəriman Əliyev Yeni Azərbaycan Partiyasının prezident seçkilərindəki namizədi İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğıdan söz açaraq, İlham Əliyevin birinci prezidentlik müddətinin sonuna doğru ölkədə artıq 600 mindən çox iş yerinin yaradıldığını, ikinci prezidentlik müddətində özəl sektorun inkişaf etdirilməsi yolu ilə açılan yeni iş yerlərinin sayının 1 milyona çatdırıldığını qeyd edib.

N.Əliyev seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal olmağa, öz gələcəkləri naminə partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Sonra rayon ağsaqqalı, Prezident təqaüdçüsü Şirvan Əbilov çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq bu seçkilərdə də YAP-ın qələbəsinə əmin olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə