"Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova SİA-ya açıqlamsında belə deyib. O bildirib ki, paytaxtda və yarımadada havanın temperaturu gecə və gündüz 18-23 dərəcə isti olacaq.
Şöbə müdirinin sözlərinə görə, avqustun 10-da ölkənin bölgələrində arabir yağış yağacağı gözlənilir: "Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir".
Sabah Abşeron yarımadasında güclü xəzri küləyi və havanın temperaturunun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı 2 gündə isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB