Moldova Ombudsmanı ATXƏM-in əməkdaşlıq təklifini yüksək qiymətləndirib

Aureliya Qriqoriu: “Bəşəriyyət Xocalı hadisələrinin dəhşətini tam dərk edərək insan hüquqlarının qorunması və demokratik dəyərlərə nail olumnası istiqamətində addım atmış olar”
Moldova Ombudsmanı ATXƏM-in əməkdaşlıq təklifini yüksək qiymətləndirib

"Böyük maraqla Sizin məktubunuz və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin fəaliyyəti ilə tanış oldum. Sizin Xocalı soyqırımının tanınmasında göstərdiyiniz səylərinizi tamamilə bölüşürəm. Mən Yerevanda öz çıxışımda bu faktı gələcəkdə insan hüquqlarının pozulmasına yol verilməməsi nöqteyi-nəzərindən qeyd etmişəm. Siz haqlısız, Avropada fəaliyyət göstərən bir çox təşkilatlar Dağlıq Qarabağda baş vermiş hadisələrdən xəbərsizdirlər. Bu hadisələrdən xəbərdar olanlar da bu mövzudan yayınmağa çalışırlar". SİA-nın verdiyi məlumata görə, bunu Moldova Ombudsmanı Aureliya Qriqoriu Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılovun bir müddət öncə ona ünvanladığı məktuba cavab olaraq deyib.

ATXƏM-lə hərtərəfli əməkdaşlığa hazır olduğunu deyən xanım Qriqoriu onu da bildirib ki, bəşəriyyət Xocalı hadisələrinin dəhşətini tam dərk edərək insan hüquqlarının qorunması və demokratik dəyərlərə nail olumnası istiqamətində addım atmış olar. "Böyük məmnuniyyətlə Sizin təşkilatla əməkdaşlıq etməyə hazıram".

Bütün xəbərlər Facebook səhifəmizdə