Nəqliyyat naziri Ziya Məmmədov Masallıda bölgə sakinlərini qəbul edib FOTOLAR

Nəqliyyat naziri Ziya Məmmədov Masallıda bölgə sakinlərini qəbul edib FOTOLAR

Nəqliyyat naziri Ziya Məmmədov avqustun 20-də Masallı şəhərindəki Gənclər Mərkəzində bölgə vətəndaşlarını qəbul edib. SİA-nın Cənub bürosunun məlumatına görə, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından 30-dək vətəndaşı qəbul edən Z.Məmmədov onların şikayət və təkliflərini dinləyib.

Vətəndaşlarla görüşə nəqliyyat naziri ilə yanaşı, Milli Məclisin deputatı, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və Nəqliyyat Nazirliyinin digər rəsmiləri də qatılıblar. Vədəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yollarının bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub. Qəbul zamanı qaldırılan bir sıra məsələlər elə yerindəcə həllini tapıb, aidiyyatı üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə