Masallıda “Kreativ gənclik-kreativ gələcək”mövzusunda tədbir keçirilib

Masallıda “Kreativ gənclik-kreativ gələcək”mövzusunda tədbir keçirilib

Masallı şəhərində "Kreativ gənclik-kreativ gələcək" mövzusunda gənclər forumu keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Musiqi Akademiyasının 28 nəfər yaradıcı tələbəsi iştirak edib. Toplantıda çıxış edən layihənin rəhbəri Vüsal Bəkirov tədbirin barəd.ə ətraflı məlumat verib.

Forumda yaradıcı gənclərin ideyalarının dəstəklənməsi, gənc rəssamların emalatxanalarla və gənc rejissorların işlə təmin edilməsi, yaradıcı gəncləri birgə fəaliyyətinə dəstək və stimul verəcək gənclər təşkilatının yaranması, musiqiçilərin beynəlxalq müsabiqələrdə iştirakı və digər mövzular ətraflı müzakirə aparılıb. Tədbir iştirakçıları layihə çərçivəsində müxtəlif əyləncəli, intellektual oyunlarda iştirak etmiş, Masallı rayonunun mənzərəli yerlərinə baş çəkiblər.

Müzakirələr zamanı yaradıcı gənclər təşkilatının yaradılması ilə bağlı təşəbbüs qrupunun yaradılması qərara alınıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə